Bakıda “Tekfen İnşaat” şirkəti tərəfindən tikiləcək olimpiya stadionunun qiyməti rəsmən açıqlandı.
Korner.az-ın məlumatına görə, türk şirkətinin rəsmi saytı arenaya xərcələnəcək məbləği öz rəsmi saytı vasitəsi ilə elan edib.
68 min azarkeş tutumuna malik olacaq stadionun tikintisinə ümumən 640 milyon dollar xərclənəcək. Arenanın tikintisinin 24 ay çəkəcəyi, 2015-ci ilin martında yekunlaşacağı bildirilib.
1996-cı ildən fəaliyyət göstərən və Azərbaycanda bir çox proyektə imza atan “Tekfen”in Bakıda tikdiyi stadionun tamaşaçı tutumu 68 min nəfər olacaq. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, “Tekfen İnşaat” bundan öncə İstanbuldakı Atatürk Olimpiyat stadionunu inşa edib.