UEFA 2008-2013-cü illər üçün ölkələrin reytinq siyahısını açıqlayıb.
Korner.az-ın məlumatına görə, Avroliqada 2012-2013 mövsümü üçün keçirilən matçlarda "Xəzər Lənkəran" və "İnter" də ölkəmizə xallar qazandırıb. Dünən Yunis Hüseynov və Kaxaber Sxadadzenin yetirmələrinin heç-heçə etməsinin ardından Azərbaycanın adına 0,250 xal əlavə oliunub.
Hər klubumuzun heç-heçəsinə görə Azərbaycanın aktivinə 0,125 xal yazılıb. Bununla da cari mövsüm yığılan xallarımızın sayı 1,500-yə çatıb. Bunun ən böyük hissəsi – 0,625-i “İnter”in payına düşür. “Xəzər Lənkəran” 0,500, “Neftçi” 0,250, “Bakı” isə 0,125 xal qazana bilib.
Ölkəmiz 1 pillə irəliləyərək Moldova ilə eyni sırada qərarlaşıb.
