Ölkə Kuboku

“Sumqayıt”, “Sabah” və “Zirə” 1/4 finalda

04.12.2019 , 19:00

Bu gün Azərbaycan Kubokunda keçiriləcək 3 oyunla 1/8 final mərhələsinə yekun vurulub.

Korner.az-ın məlumatına görə, Premyer Liqanın daha 3 klubu divizion təmsilçiləri ilə üz-üzə gəlib.

“Qaradağ Lökbatan”ı qəbul edən “Zirə” 4 cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib.

Günün digər matçında “Sabah” “Ağsu”ya 5:0 hesabı ilə qalib gələrək növbəti mərhələdə “Qəbələ”yə rəqib olub.

Son olaraq “Sumqayıt” “Zaqatala”nı qəbul edib və 2:0 hesablı qələbə qazanaraq, adını növbəti mərhələyə yazıdıra bilib.

1/8 finalın ilk oyun günündə “Keşlə” öz meydanında divizion təmsilçisi “Kəpəz”ə 3:1 hesabıyla qalib gələrək 1/4 finalda “Qarabağ”a rəqib olub.

Azərbaycan Kuboku. 1/8 final

4 dekabr

“Zirə” – “Qaradağ Lökbatan” – 4:0

Qollar: Elvin Məmmədov, 45-pen. Müşfiq İlyasov, 55, Xulio Rodriges, 69, İbrahim Aslanlı, 78
Hakimlər
: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 14:00

“Sabah” – “Ağsu” – 5:0

Qollar: Ulisse Diallo, 29 (pen.), Məhəmməd Mirzəbəyov, 61, Arsen Ağcabəyov, 70, Rocer Roxas, 82, 90+3

Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:00

“Sumqayıt” – “Zaqatala” – 2:0

Qollar: Rəhim Sadıxov, 19 (pen.), Əmir Ağayev, 70
Hakimlər
: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Kapital Bank Arena”, 17:00

Son yazılar

Yuxarı