Ölkə çempionatın lideri növbəti görüşə hazırlaşır
13.03.2019 , 12:41

“Neftçi” Topaz Premyer Liqasının 21-ci turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.
“Sumqayıt”la qarşılaşmadan sonra hazırlığa fasilə verməyən “Neftçi” “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Rəhman Hacıyevin fərdi hazırlaşdığı hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Xatırladaq ki, martın 15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 19:00-da başlanacaq.
