Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışların davam edəcək.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşünə çıxacaq.
64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşəcək. Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıracağı halda, boks tariximizdə yeni səhifə açacaq. Çünki Olimpiadalarda indiyədək finalçımız olmayıb.
Görüş saat 21:45-də start götürəcək.
Qeyd edək ki, Sotomayor yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasnier Toledonu mübarizədən kənarlaşdırıb.
Boks yığmamızın hesabında isə hələlik 1 bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.
