“Olimpiya” – “Qarabağ”: hakim təyinatları açıqlandı
04.07.2018 , 12:40

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Olimpiya” (Sloveniya) – “Qarabağ” oyunununa hakim təyinatları açıqlanıb.
Matçı Belçika Futbol Federasiyasından Lourens Visser idarə edəcək. Ona həmyerliləri Karel De Rekor, Yo De Veirdt köməklik edəcək. Dördüncü hakim funksiyasını Bram Van Drişe yerinə yetirəcək.
Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” görüşü iyulun 11-i keçiriləcək. Bu komandalar arasında cavab oyunu iyulun 18-i Bakıda olacaq.
