Olimpiya Oyunlarının keçirilmə tarixi açıqlandı
29.03.2020 , 19:01

Koronavirus pandemiyası səbəbiylə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının keçiriləcəyi tarix məlum olub.
Korner.az “Nyu York Times” nəşrinə istinadən xəbər verir ki, turnir gələn il iyulun 23-də start götürəcək.
Yarışın bağlanış mərasiminin isə gələn il avqustun 8-də keçirilməsi planlaşdırılır.
Yay Olimpiya Oyunları bu il iyulun 24-də başlamalı idi.
