Futbol

“Olimpiakos”un sabiq üzvü Azərbaycan klubunda

15.07.2019 , 14:55

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Zirə” yunanıstanlı futbolçu Anastasios Papazoqlunu transfer edir.

Korner.az-ın məlumatına görə, “qartallar” 30 yaşlı futbolçunun transferini qarşıdakı 2 gün içində açıqlayacaq. Sözləşmənin müddəti 1 illik olacaq.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Panserriakos”, “Olimpiakos”, PAOK, “Ksanti”, “Pantelikos” və “Apollon Smirnis”də oynayan müdafiəçi Yunanıstanın U-19 və U-21 millilərinin də formasını geyinib. Hazırda azad agentdir.

Son yazılar

Yuxarı