“Olimpiakos”un qapıdakı problemi
05.10.2022 , 12:23

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Olimpiakos”un qapıçısı Tomaş Vaçlik əməliyyat edilib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı qapıçı sağ çiynindən uğurlu əməliyyat keçirib. Çexiyalı 3 ay sonra məşqlərə başlayacaq.
O, Çexiya millisinin heyətində Millətlər Liqasının İsveçrəyə qarşı (1:2) matçında zədələnib.
Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
