Yunanıstanın “Olimpiakos” klubu baş məşqçi Paulo Bentu ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssislə müqaviləyə xitam verilib. Bentu komandanın uğursuz çıxışına görə postundan göndərilib.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis 2016-cı ilin avqust ayından Afina klubunu çalışdırırdı.
