“Olimpiakos” – “Qarabağ” matçını idarə edəcək hakimlər açıqlandı
28.01.2025 , 13:55

“Qarabağın”ın (Azərbacan) Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda “Olimpiakos”a (Yunanıstan) qarşı keçirəcəyi matç üçün hakim təyinatları açıqlanıb.
Korner.az UEFA-nın saytına istinadla xəbər verir ki, matçın baş hakimi Radu Petresku olacaq.
Ona yan xətt hakimləri Radu Cinqulaç və Mirça Mixail Qriqoriu köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Marsel Birsan yerinə yetirəcək.
VAR Katalin Popaya, AVAR isə Sebastian Kolteskuya tapşırılıb.
Yanvarın 30-da Yunanıstanda keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
