Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun təqvimi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, sentyabrın 10-da kişilərdən ibarət əsas milli komandamız Latviya ilə qarşılaşacaq. İkinci yığmamızın rəqibi Finlandiya olacaq. Üçüncü millimiz isə Dominikan Respublikası ilə üz-üzə gələcək.
7 turdan sonra hesabında 11 xal olan əsas millimiz turnir cədvəlində 8-cidir. İkinci yığmamız 9 xalla 27-ci, üçüncü komandamız isə 6 xalla 98-ci pillədə qərarlaşıb.
Qadınlardan ibarət əsas millimiz sabah Çinlə qarşılaşacaq. İkinci komandamız Sinqapurla, üçüncü yığmamız isə Peru ilə görüşəcək.
7 turdan sonra qadınların yarışında 5 komanda 12 xala malikdir. Rusiya birinci, Çin ikinci, əsas millimiz üçüncü, ABŞ dördüncü, Hollandiya isə beşincidir. 9 xal toplayan ikinci komandamız 24-cü, üçüncü yığmamız isə 32-ci yeri tutur.
Olimpiada-2016
VIII tur
Kişilər
Azərbaycan-1 (2705) – Latviya (2568) – 2.5:1.5
Şəhriyar Məmmədyarov (2761) – Aleksey Şirov (2673) – 0.5:0.5
Teymur Rəcəbov (2722) – İqor Kovalenko (2651) – 0.5:0.5
Rauf Məmmədov (2666) – Arturs Neiksans (2628) – 0.5:0.5
Eltac Səfərli (2688) – Nikita Meskovs (2476) – 1:0
Finlandiya (2461) – Azərbaycan-2 (2576) – 0.5:1.5
Tomi Nibak (2580) – Vasif Durarbəyli (2612) – 0.5:0.5
Daniel Ebelinq (2468) – Nicat Abasov (2552) – 0.5:0.5
Vilka Sipila (2447) – Qədir Hüseynov (2625) – 0:1
Tommi Luukkonen (2354) – Namiq Quliyev (2577) – 0:1
Azərbaycan-3 (2350) – Dominikan Respublikası (2323) – 0.5:0.5 – 2.5:1.5
Vüqar Əsədli (2406) – Nelson Borqes (2320) – 0.5:0.5
Abdulla Qədimbəyli (2294) – Xose Manuel Dominques (2273) – 1:0
Məhəmməd Muradlı (2331) – Karlos Jean (2326) – 0:1
Pərviz Qasımov (2323) – Kristofer Quzman (2259) – 1:0
VII turdan sonra turnir cədvəli: 1. ABŞ – 13 xal; 2. Rusiya, 3. Gürcüstan – 12; …7. Latviya, 8. Azərbaycan-1 – hər ikisi 11, …27. Azərbaycan-2, …47. Finlandiya – hər ikisi 9; …98. Azərbaycan-3, …103. Dominikan Respublikası – hər ikisi 6.
Qadınlar
Çin (2531) – Azərbaycan-1 (2320) – 3.5:1.5
Yifan Hou (2658) – Zeynəb Məmmədyarova (2295) – 1:0
Venyun Yu (2583) – Günay Məmmədzadə (2361) – 1:0
Xue Jao (2522) – Gülnar Məmmədova (2304) – 0.5:0.5
Zonqyu Tan (2475) – Nərmin Kazımova (2302) – 1:0
Sinqapur (1999) – Azərbaycan-2 (2248) – 3:1
Ruofan Li (2353) – Xəyalə Abdulla (2214) – 1:0
Qianyun Qonq (2262) – Nərmin Xələfova (2219) – 0:1
Mey-En Emmanuelle (1883) – Ülviyyə Fətəliyeva (2234) – 0:1
Kay Xin Siev (1607) – Nərgiz Umudova (2247) – 0:1
Peru (2118) – Azərbaycan-3 (2016) – 2:2
Deysi Kori (2402) – Nərmin Məmmədova (2230) – 1:0
Vanessa Zambrano (1892) – Xanım Balacayeva (2147) – 0.5:0.5
İnqrid Fernandes (2096) – Gövhər Beydullayeva (1994) – 0.5:0.5
Aurora Veqa (2053) – Ayan Allahverdiyeva (1780) – 0:1
VII turdan sonra turnir cədvəli: 1. Rusiya, 2. Çin, 3. Azərbaycan-1 – hamısı 12 xal, …24. Azərbaycan-2, …32. Azərbaycan-3, …34. Sinqapur, …37. Peru – hamıs 9.