Ukrayna millisinin və Kiyev “Dinamo”sunun baş məşqçisi Oleq Bloxinin səhhətində problem yaranıb.
Korner.az– ın məlumatına görə, özünü pis hiss edən məşqçi həkimə müraciət edib. Müayinə zamanı ondan hipertonik kriz aşkarlanıb.
Bloxin xəstəxanaya yerləşdirilib və ən azı bir həftə orada qalacağı bildirilir.
