Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində III turun oyunlarına start verilib. Korner.az-ın məlumatına görə, "Mançester Yunayted" Portuqaliyanın "Braqa" klubunu qonaq edib və matçın gedişində 2 top geri düşən "qırmızı şeytanlar" sonda əsl əzmkarlıq nümayiş etdirərək qələbə qazanıblar – 3:2.
