“Beşiktaş”ın futbolçusu Olcay Şahan “Arsenal” ilə matçdan öncə “Beşiktaş TV”yə açıqlama verib.
Korner.az-ın məlumatına görə, istedadlı oyunçu Veli Kavlakla birlikdə klubun rəsmi televiziya kanalına danışıb:
“Mesut, Aleksis məni maraqlandırmır. Bizim klubda da Veli, Oğuzhan, Demba Ba və Pektemek kimi oyunçular var. Biz “Arsenal”ı tanıyırıq, onlar bizi tanımır. Var gücümüzlə mübarizə aparacağıq. Azarkeşləri komandaya dəstək olmağa çağırırıq. 80 min tərəfdarın dəstəyi ilə matçı qazanmaq istəyirik”
Xatırladaq ki, oyun sabah saat 23:45-da keçiriləcək.
