big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ölək, yerə girək?

14.05.2012 , 13:40

El arasında belə bir misal var – "Öldüm, yerə girdim". Əlbəttə, bu sözləri məzara girəndən sonra xortlayan şəxs söyləməyib. Son dərəcə ağır sarsıntını, üzüntünü, təəssüfü ifadə etmək üçün istifadə olunur bu ibarə. Türkiyədə çempionluğun taleyini həll edən qarşılaşmadan sonra baş verən hadisələrin görüntülərini izlədikdə, heç bilmirəm nədən, amma bu ifadəni xatırladım.
Bilirəm ki, kimlərinsə narazılığına, bəlkə də qəzəbinə səbəb olacaq indi söyləyəcəklərim. Amma həmişə demişəm, yenə də təkrar edirəm: futbol bir oyundur. OYUN! Vəssalam. Əlbəttə, kimlər üçünsə bu gözəl fürsətdir: pul qazanmağa, "qabağa getməyə", özünü "raskrutka" etməyə və s. Amma futbolun əsl mahiyyəti – oyun, əyləncədir. Təsadüfi deyil ki, bütün az da olsa, əhəmiyyət kəsb edən oyunlar ya axşam saatlarında, ya da istirahət günləri keçirilir. Səhər tezdən futbola tələsən azarkeş görmüsünüz? Mən görməmişəm. Bütün ciddi işlərimizi yola verəndən sonra, ya stadiona, ya da mavi ekran qarşısına üz tuturuq. O da vacib bir işimiz olmasa. Sözümün canı nədir? Sözüm isə budur ki, bu oyundur və ona da elə oyun kimi münasibət bəsləmək lazımdır. Yerli telekanalların birinin efirində 50 yaşlı həmyerlimin söylədikləri məni son dərəcə sarsıtdı: "Bu dəfə də "Qalatasaray" çempion olmasaydı, boğazımı üzəcəkdim, vallah, həqiqi sözümdür". Baho! Qardaşım, axı niyə? O and içdiyin Allah səni buna görəmi yaratdı? Həyatının çox hissəsini geridə qoyan, bəzilərinin "ağsaqqal" deyə müraciət etdikləri (buna isə qəti şübhəm yoxdur) birisi belə deməli, belə davranmalıdırmı? Şuşanı, Laçını, Kəlbəcəri və digər əraziləri əldən verəndə üzülməyən boğaz Türkiyədə 11 nəfərin 90 dəqiqə ərzindəki nisbi uğursuzluğuna görəmi üzülməlidir? İndi özünüz deyin, "öldüm, yerə girdim"in yeri var, ya yox?..
Biz daim Avropaya bənzəməyə çalışırıq. Amma bəzən də orkestr musiqisinin sədaları altında şəhərin küçə və prospektləri ilə addımlayan hərbi birləşmənin ardınca aşırma şalvarda qaçan uşağı xatırladırıq. Baxırlar bizə, hərdən gülümsəyərək başımıza sığal da çəkirlər, hələ bir "əhsən, sən əsl "soldatsan" da deyirlər. Amma biz ki bilirik: "soldatlığa" çox var. Bunu anlayırıq və heç olmasa nədəsə onlara bənzəməyə çalışırıq. Məsələn, azarkeşlərin xuliqanlığında, iğtişaş törətmə ənənəsində. Amma "Qalatasaray"ı çempionluğa qovuşduran oyundan sonra "Fənərbağça" tərəfdarlarının törətdikləri bir daha sübuta yetirdi ki, hər parıldayan heç də qızıl deyil. Türkiyə çox can atdı bu Avropaya. Elə indi də gözü ordadır. Azarkeşlər də ingilis, yunan, alman həmkarlarına bənzəməyə çalışdılar. Bundan nə alındı – hamımız növbəti dəfə gördük. Odur ki, əziz Azərbaycan klublarının tərəfdarları, siz elə siz olaraq qalın. Vallah, bu bir oyundur. Ona görə nə stadionları, şəhərin küçələrini dağıtmağa, nə də ki, boğaz kəsməyinə dəyər. Axı niyə "ölək, yerə girək" davranışlarımıza görə?

Son yazılar

To Top