Okan Buruk İtaliya yolunda
07.04.2025 , 11:45

İtaliyanın “Latsio” klubu baş məşqçisi Marko Baronini mövsümün sonunda göndərə bilər.
Korner.az xəbər verir ki, A Seriya təmsilçisi onu əvəzləyəcək mütəxəssisi tapıb.
Söhbət hazırda “Qalatasaray”ı çalışdıran Okan Burukdan gedir.
İtaliya klubu 51 yaşlı məşqçini komanda üçün uğurlu mütəxəssis hesab edir.
Xatırladaq ki, Buruk 2022-ci ildən “Qalatasaray”a rəhbərlik edir.
