Okan Buruk iki futbolçunu göndərir
15.05.2023 , 10:58
“Qalatasaray”da transfer işləri davam edərkən, komandadan ayrılacaq 2 ada da aydınlıq gəlib.
Korner.az xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi komanda Sem Adekuqbe və Okan Koçukun xidmətlərindən istifadə etməmək qərarına gəlib.
Super Liqadan gələn təklifləri dəyərləndirməyə hazırlaşan Okanın müntəzəm oynayacağı komandaya getmək istədiyi bildirilir.