İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal”ın skaut heyətinin ən önəmli üzvlərindən biri olan Jürgen Kost türk futbolçu Oğuzhan Özyakup haqda danışıb.
Korner.az-ın məlumatına görə, bu haqda “Akşam” xəbər yayıb.
Jürgen Kost: “Oğuzhanı izləyirik. Əgər lazımlı mövqe üçün oyunçuya ehtiyacımız olarsa, Oğuzhan “Arsenal”a qayıda bilər. Onu istəyirik”.
Xatırladaq ki, hal- hazırda türkiyəli futbolçu “Beşiktaş”ın şərəfini qoruyur. Yarımmüdafiəçi 2012-ci ildə “Arsenal”dan “qara qartalar”a transfer olunmuşdu.
