Oğuzhan Özyakub klubunu dəyişir?
29.03.2019 , 16:00

“Beşiktaş” klubunun futbolçusu Oğuzhan Özyakub mövsümün sonu klubdan ayrıla bilər.
Türkiyə mətbuatına görə, 26 yaşlı yarımmüdafiəçi karyerasını ölkədən kənarda davam etdirə bilər. Futbolçunun meneceri “Ayaks” və “Brayton” klubları ilə danışıqlar aparır.
Qeyd edək ki, Oğuzhan Özyakub 2012-ci ildən “Beşiktaş” klubunun şərəfini qoruyur.
