big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Oğuz Çətin: “Siqaret çəkməyən futbolçu yox idi” (MÜSAHİBƏ)

19.11.2014 , 12:02

Oğuz Çətin “Xəzər Lənkəran”ın baş məşqçisi təyin olunandan haqqında fikirlər birmənalı deyil. Kimisi Mustafa Dənizlinin müəmmalı gedişində onun da əlinin olduğunu söyləyir, kimisi isə Dənizlinin deyil, Çətinin “Xəzər Lənkəran”ını daha çox bəyənir. Bu iddialar bir yana, Oğuz hoca səmimi insandı. Bir-iiki provakativ suallarıma diplomatik cavablar versə də, söhbətimizdən özünün də zövq aldığını əminliklə deyə bilərəm. Müsahibənin sonunda “Oğuz hoca, vaxtınızı daha çox almayım, artıq 45 dəqiqədir söhbət edirik” sözümə səmimi təəccüblə “aa, o qədər oldumu, vallah, heç bilmədim vaxt necə keçdi” – deyirsə müsahib, əlavə sözə nə hacət?

– Komandaya yeni gəldiyiniz vaxtda sizə bir sual vermişdim, “Xəzər-Lənkəran” komanda olaraq nə dərəcədə hazırdı? Demişdiz ki, 70 faiz. Bəs indiki komanda sizin görmək istədiyiniz komandanın neçə faizidir?
– Əlbəttə, bu düşüncələri ifadə etmək  fərqlidir və daha sonrakı müddətdə yaşadıqlarımız bizim durumumuzu daha aydın ortaya çıxarır.Hazırda olduğumuz nöqtə pis olmasa da, mənim düşündüyüm və xəyal etdiyim nöqtə deyil. Hər şey planlaşdırılan və düşünülən kimi olsaydı, XI turda 23 xalımız olmacaqdı. Və biz elə ilk həftədən “ilk üçlük”də yer alan komanda olmalıydıq.
Amma ilk matçdan etibarən çoxlu qol epizodları yaratsaq da, vura bilməməyimiz və fərdi səhvlər ucbatından itirdiyimiz xallara görə bu gün istədiyimiz nöqtədə deyilik. Dolayısı ilə bu gün komanda olaraq 90 faiz yaxşı vəziyyətdəyik deyə bilmərəm. İdeal bir “Xəzər-Lənkəran” komandası yüz faizdirsə, biz indi 70 faiz hazırıq. 

– Yəni hələ də 70 faiz?
– Amma heç bir komanda mövsümə 100 faiz hazır başlamaz. Bu, bütün dünyada belədir. 

– Deyirsiz ki, mövsümə istədiyiniz kimi başlaya bilmədik. Bunun kökündə dayanan bu problemi həll etmək üçün baş məşqçi kimi nə etdiniz və nə etməkdəsiniz? Məsələn, belə deyək, futbolçunun fərdi səhvləri var. Təbii ki, bu səhvləri baş məşqçi 30-40 faiz həll edə bilər. Çünki bu futbolçunun özündən daha çox asılıdır. O mənada soruşuram ki, həmin o 30-40 faizlə o futbolçuların fərdi səhvlərini aradan qaldırmaq mümkündür?
– Fərdi səhvləri aradan qaldırmaq asan deyil. Bu tamamilə futbolçunun öz xarakteri ilə əlaqəli olan bir şeydir. Bu gün dünyada üst səviyyədə oynayan futbolçuları dəyərli edən ən üstün özəllikləri matça köklənməkdir. Matça köklənməsi 100 faiz olan bu dəyərli oyunçular oyun içərisində minumum səhv edərlər. Təbii səhv olacaq ki qol da olacaq. Təbii ki oyunçunun oyun xarakterini dəyişmək asan deyil

– Yaşı iyirmini keçibsə, heç mümkün deyil..
– Təbii ki. Müdafiəçilərin təkbətək oyunlarının inkişaf etməsi, mövqe səhvləri buraxmamaları üçün çalışırıq. Amma burda daha önəmli olan psixoloji hazırlıqdır. Oyunçuların zehni ve mental olaraq düşünmələrini təmin edirik. Buraxdığımız və vurduğumuz qolları təkrar-təkrar izləyirik, təhlillər, müzakirələr aparırıq. Bunu futbolçuları utandırmaq üçün deyil, inkişaf etmələri üçün izlətdiririk. 

– Səhvini düzəldən futbolçular varmı? Həmin futbolçunun adını verə bilərsiz? Məsələn, deyə bilərsizmi filan oyundan sonra filan futbolçuya dedik ki, sən bu cür epizodlarda belə deyil, başqa cür oyna və həmin futbolçu sizin dediyinizi etdi, beləliklə irəliləyişə nail olundu. 
– Var. Amma dediyim kimi, bu, futbolçunun xarakteri ilə əlaqəli bir şeydir. Bu məsələdə vəziyyətin yaxşıya doğru getdiyimizin fərqindəyəm. Amma çatəşmazlıqlarımız hələ də davam edir. Bu sırf bizimlə əlaqəli deyil, futbolun ümumi mövzusudur. Heyətin geniş olması da bununla birbaşa əlaqəlidir. Futbolçuların bəzi şeyləri anlaması üçün zaman-zaman kənarda qalmaları, bəzi şeylərin fərqinə varmaları baxımından heyətin geniş olması çox önəmlidir. Bunların dəyişməsi üçün əlimizdən gələni edirik. 

– Belə başa düşdüm ki, əlinizdəki heyət də geniş deyil.
– Çox deyil. Bizim builki heyətimiz bizə çox faydalı olacaq oyunçular, onlara alternativ 6-7 futbolçu və gənclərdən ibarətdir. Amma əlimizdə olan bu 17-18 oyunçu bizim üçün bu anda yetərlidir. 

– “Bakı” ilə Lənkərandakı oyunda Elnur Cəfərovu meydana buraxmışdız. Əla oynadı. Növbəti matçdada meydançadaydı, lakin o effekti verə bilmədi. 
– Hə, bu çox maraqlı hal idi. Elnur Cəfərov bizim keçən il əsas komanda ilə məşq edən ən gənc futbolçumuzdur. 17-18 yaşındadır. O, bizim üçün örnək bir futbolçudur. Onun iki oyundakı göstəriciləri digər gənclər üçün də keçərlidir. Bu gün əlimizdə 9 gənc futbolçu var. Biz mütəmadi olaraq onların həm fiziki irəliləyişlərini təmin etmək, həm də taktiki anlayışlarını inkişaf etdirmək üçün əsas komanda ilə birgə məşq etdiririk. Bunun faydalarını görməyə başladıq. Elnurdan bəhs edərsək, o, keçən il fiziki baxımdan çox zəif idi. Futbol anlayışının dəyişməsi, zənginləşməsi, taktiki cəhətdən inkişaf etməsi də ayrı mövzudur. Mövsümün əvvəlindəki Ərzurum və Sloveniya toplanışlarında futbolçuları çox “yüklədik”. Bunu edərkən gənc oyunçuların fiziki baxımdan inkişaf etmələrinə xüsusi diqqət yetirirdik. Bu da müəyyən vaxt aparır. Bu müddətdə Elnur çox gücləndi. Keçənilki Elnurla builki Elnur arasında fiziki hazırlıq baxımından çox ciddi fərq var. Amma hələ də inkişaf dönəmindədi və onu çox şişirtmək Elnura zərərlidir. O, yavaş-yavaş irəliləyəcək, oyun mənasında daha çox çatışmazlıqları var. Mən də Elnurun heyətə düşməsinə çalışıram. Çünki futbolçu oynamadan inkişaf edə bilməz. 

– “Bakı” ilə oyundan sonra həm mətbuat, həm də azarkeşlər tərəfindən tərif yağışına düşməsi, loru dildə desək, Elnuru “şişirtmədi” ki? 
– Onun özündən razı olması üçün hələ çox tezdir. 

– Çünki “Bakı” ilə matçdan sonra bu haqda çox danışıldı. “Oğuz hoca onu daha əvvəkli matçlarda da oynatmalıydı” – deyildi. Ola bilərmi ki, bu deyilənlər onda özündənrazılıq yaratdı?
– Yox, onda belə bir hiss yaranmayıb. Mən hər zaman onu diqqətdə saxlayıram. Biz hər dəqiqə hər məşqə çox ciddi yanaşmalı olduğunu və məşqləri matça daşımalı olduğunu danışırıq onunla. Elnurdan möcüzə gözləmək mümkün deyil. Onun performansı eyni zamanda komandanın performansı ilə də əlaqəlidir. Elnurun daha əvvəl oynadılması məsələsinə gəlincə, əvvəllər onun oynaması üçün şərait yox idi. Əgər biz mövsümə yaxşı başlamış olsaydıq, Elnurun da oynama şansı yüksələcəkdi. Onu artıq gücləndiyi və oynaya biləcəyinə əmin olduğumuz vaxtda oynatmağa başladıq. Növbəti oyunların da bəzisində oynayacaq, bəzisində ehtiyatda qalacaq. Bu il onun üçün özünütapma və inkişaf dövrü olacaq. 

– Hər halda bilirsiz, “Xəzər-Lənkəran” azarkeşlərinin könlündə hər zaman bir baş məşqçi var. Bunun təsirini üzərinizdə hiss etdisinizmi? “Onların ağlında, qəlbində başqa məşqçi var ikən mən burdayam və özümü isbat etməliyəm” kimi hiss varmı içinizdə?
– Elə bir şey olmasa belə, mən özümü göstərməli və uğur qazanmalıyam. Bir ada görə stress yaşamayacağıam ki? Futbol həyatım böyük təzyiq və streslə keçib. Ona görə də belə bir təsir altına düşəcək durum yoxdur. Amma azarkeşlər tərəfindən sevilmək, cameə tərəfindən qəbul olunmaq “Oğuz hocayla işlərimiz yaxşıdır” – deyilməsini eşitmək və eşitmək istəmək ürəyimdə olan şeylərdir. Bu mövzuda gerçək olan yeganə şey özümə güvənməyimdir . İşləməyi sevirəm və işimdən zövq alıram. Komandanı çox yaxşı yerlərə gətirdiyimizi görürəm. Oyun baxımından bu gün “Xəzər-Lənkəran” ən yaxşı futbol oynayan komandaların önündədir. 

– Bir az provakasiyaya çəkim: Mustafa Dənizlinin komandasından da yaxşı oynayır?
– (gülür) Mustafa Dənizlinin komandası eyni zamanda mənim də komandamdır. Yəni mənim olduğum dönəmin. Mən “Xəzər–Lənkəran”ı keçən ildən tanıyıram. Öncəki illərini, yəni yaxşı olmadığı dönəmi də bilirəm. Müqayisə apardığım zaman bu gün “Xəzər-Lənkəran” hər matç olmasa da, ümumilikdə izləyənlərə xoş gələn futbol oynayır. Futbol göz zövqünə xitab edən idman növüdür. Topa nəzarət, ötürmələrin dəqiqliyi, qısa müddətdə qol epizodları yaratmağımız – bunlar futbolun təməlidir. Qol vura bilmirik. Bu başqa məsələdir. Çox asan qol buraxırıq, bu isə başqa məsələdir. Komandamla yaxşı bir nöqtəyə gəldiyimiz görürəm. 

– (söhbətin bu yerində Oğuz bəy növbəti siqaretini yandırmaq üçün əlini qutuya aparır, provakativ suallardan sonra müsahibi rahatlatmaq üçün fürsətdir…) Hocam, çoxdandır siqaret çəkirsiz?
– Türkiyənin futbol tarixində gəlmiş-keçmiş ən professional və örnək insan mənəm. Bunu  rahatlıqla söyləyə bilərəm. Təbii ki, örnəklər var amma mən ən başda olanam. Futbolçu həyatım boyunca hər zaman futbolla yaşamışam. Özəl həyatımı futbola uyğunlaşdırmışam. 37 yaşımda karyeramı başa vurub məşqçiliyə, ondan sonra da yavaş-yavaş siqaretə başladım. 

– Sizin dönəminizdə futbol oynayaraq siqaret çəkən var idimi?
– Çəkməyən yox idi…

– Məsələn, məşhurlardan kim çəkirdi? Ad verə bilərsinizmi? 
– (gülür) Çəkməyən yox idi, amma ad çəkmək doğru olmaz. İçki içmirəm. Çox önəmli günlərdə uzağı 1-2 qədəh şərab içərəm. Siqareti də futbolçu karyeramı bitirdikdən sonra çəkməyə başladım. 

– Çoxmu çəkirsiz?
– Yox, gün ərzində bir qutu, o da kef üçün. Biraz da biz kef alaq. (gülür) Həyatımız mütəmadi intizam, nəzarət altında keçib. 

– Hocam, Türkiyə millisində nələr baş verir? Nə olacaq yığmanızın halı?
– Türk futbolunda böyük problemlər var. Bu problemlər 2010-cu ildən başlayıb. Futbolun içindəki şiddət getdikcə artır. Futbol meydançasında olanlar deyil, çölündəkilər daha çox müzakirə edilir. Türkiyədə dəyişilməli olan çox önəmli məsələlər var. Futbola baxış tərzimizi dəyişdirməliyik. Futbol haqda söhbət aparılmalıdı. Amma çox təəssüf ki, son 3-4 ildir Türkiyədə futbolda baş verən şiddət müzakirə edilir. Bunlar dəyişmədikcə uğur qazanmaq çətin olacaq. 

– Azərbaycan millisinin Norveçlə matçını izlədinizmi?
– İzlədim.

– Yeni bir şey gördüzmü?
– Nəyinsə qısa müddətdə dəyişməsi asan məsələ deyil. Amma bizdə olduğu kimi, Azərbaycanda da futbol daha ciddiyə alınmalıdır. Bu hər kəsə aiddir. Əgər futbolda bir uğursuzluq varsa, deyilir ki, futbolçular günahkardı, ya da baş məşqçi. Əslində isə bu, tamamilə futbol mədəniyyəti ilə əlaqəli bir şeydir. Klub təkcə futbolçulardan və məşqçilərdən ibarət deyil. Sadəcə “bu futbolçular meydançaya çıxdı oynaya bilmədi bunlar zəifdir” – demək bəzi şeylərin üstünü örtməkdir. 

– Bir sual da verim, Türkiyə ilə bağlı söhbətimiz bitirib keçək Azərbaycana. Türkiyədə Fatih Terim dönəminin bitdiyi deyilir. Razısız bu fikirlə?
– Hələ yeni başlayıb axı işləməyə.

– Məşqçi olaraq bitdiyi söylənilir.
– Mən belə bir şey eşitməmişəm. Fatih Terim hazırda millinin başındadır və işini davam etdirir. 

– Deyirlər ki, məşqçi kimi artıq tükənib, düşüncəsində, fəaliyyətində dəyişiklik etməlidir. Çünki son illər uğur qazana bilmir. Sanki əvvəllər qazandığı uğurların kölgəsində fırlanır. 
– Necə baxmaq istəsən, elə görərsən. Fatih Terim Avro-2008-də uğur qazandı, “Qalatasaray”da çempion oldu. Nailiyyət də var, uğursuzluq da. Əsas məsələ türk futbolunun nəyə ehtiyacının olduğunu düşünməkdir. Fatih Terim, Mustafa Dənizli, Şənol Günəş kimi böyük isimlər türk futbolunun formalaşması, inkişafı üçün çox iş görə bilərlər. Yarışmaçı məşqçi olduğun zaman da tükənmə payın çox böyük ola bilir. Hazırda Fatih Terim Türkiyənin futbol direktorudu. Bu, böyük statusdur. Eyni zamanda, yarışır. Yarışdığın zaman tükənirsən. Amma tükənmək bir şeylərin bitdiyi anlamına gəlməz.

(ardı var)

Saleh Arslan

Son yazılar

To Top