“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin Fatih Terimi tənqid edib.
Korner.az-ın məlumatına görə, o, Türkiyə millisinin baş məşqçisini öz mənfəətləri üçün çalışdığını bildirib:
“Onun dərdi başqadır. Ancaq öz mənfəətlərini düşünür. Türkiyə futbolunu xaosa sürükləməkdə davam edir. Heç bir şəkildə bir əməli ilə digər eyni deyil.
Bütün futbolçuları öz işlərinə görə məhv edə bilər. 3 illik qısa bir müddətdə əsas komandaya 90-a yaxın futbolçu çağırıb və göndərib. Terim işləri yaxşı getsin deyə, hər şey edir. Türk futbolunu işğal edib. Onun haqqında çox şeyi qarşıdakı günlərdə açıqlayacam”.
