Türkiyənin Ərzurum şəhərində
təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubunun baş
məşqçisi Oğuz Çətin dünən axşam saatlarında sinəsindəki şiddətli
ağrı səbəbi ilə xəstəxanaya yerləşdirilib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssisin infarkt keçirdiyi iddia edilib və reanimasiya şöbəsində tibbi yardım göstərilib.
Oğuz Çətin müalicə
olunduğu müddətdə “Xəzər Lənkəran”ın futbolçuları və məşqçi heyəti
xəstəxanadan ayrılmayıblar.
