“Mövsümə pis başladıq, uğursuzluq davam edir. Bugünkü nəticə belə olmamalıydı”
Korner.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin deyib. “Böyük oyun”da minimal hesablı məğlubiyyətə üzülən cənubluların çalışdırıcısı, həmçinin, bünları deyib:
“Xüsusilə, qırmızı vərəqədən sonra üstünlük əldə etmişkən bundan yararlanmalıydıq. Futbol belədir: nə qədər çalışırsan-çalış, qol vurmaq lazımdı. “Xəzər Lənkəran” böyük klubdu, burda uğurda mükafat varsa, uğursuzluqda da cəza var. 5 oyundan 3-də uduzmuşuq. Məşqçi kimi mənim üçün çox pis vəziyyətdir. Uğursuzluq varsa, ilk məsuliyyət mənim üzərimə düşür. Komanda olaraq nəticə çıxarıb ümidimizi itirmədən mübarizemizi sürdürəcəyik.
