“Bu tura qədər deyirdik ki, fərdi səhvler ucbatından xal itiririk. Bu oyun həmin sözləri təsdiqlədi”.
Korner.az-ın məlumatına görə bu sözləri “Xəzər-Lənkəran klubunun baş məşqçisi Oğuz Çətin bu gün keçrilən “Xəzər-Lənkəran”-“Neftçi” matçından sonra deyib.
Əsəblərimizə sahib çıxmalı, oyuna köklənməliydik. Çox rahat udacağımız rəqibdən son dəqiqələrdə top buraxmaq çox acı hissdir. Qırmızı vərəqə alan futbolçularımıza klub rəhbərliyi ilə görüşdükdən sonra cəzalar veriləcək. Çox bəsit qırmızı vərəqlər aldıq. Hakim tərəfindən ciddi səhvler oldu, ancaq qırmızı vərəqələrə görə onu günahlandırmaq olmaz. Günah vərəqələri alan futbolçularımızdadı. Son dəqiqələrə doğru topu özümüzdə saxlamalı, rəqibi ön xətdə qarşılamalı ve tempi aşağı salmalı idik. Bunları edə bilməyincə də oyun boyu qol epizodu yarada bilməyən rəqib təsadüfi qol vurdu”.
