“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin “Qarabağ” haqda müsbət fikirlər səsləndirib.
Korner.az Qol.Az-a istinadən xəbər verir ki, o, Ağdam klubunun Avropa Liqasının qrupunda uğurla çıxış etdiyini xatırladıb, komandanın oyunundan məmnun qaldığını vurğulayıb.
O.Çətin müxbirimizin “Qarabağ”ı Türkiyə superliqasının dörd böyük klubundan (“Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” – red.) biri ilə müqayisə edə bilərsinizmi” sualına cavabında deyib: “Qarabağ”ı bu klublarla ona görə müqayisə edə bilmərəm ki, Türkiyədə “dörd böyük”lərin büdcəsi çoxdur”.
Bununla belə, O.Çətin qeyd edib ki, Ağdam təmsilçisi Türkiyə superliqasında layiqli mübarizə aparmaq gücündə olan komandadır.
“Qarabağ” Türkiyə superliqasında çıxış etsəydi, yüksək yerlər uğrunda oynaya bilərdi” – deyə O.Çətin bildirib.
