“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Bakı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Korner.az-ın futbolinfo.az-a istinadən verdiyi məlumata görə, cənub klubunun türkiyəli çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Xallara ehtiyacımız vardı. Son üç matçda 7 xal topladıq. “Bakı”nın böyük hədəfləri olmasa da, yaxşı mübarizə aparan komandadı. Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Növbəti turda “Qarabağ”la qarşılaşacağıq. Çətin rəqib olsa da, çalışacağıq ki, əlimizdən gələni edib yaxşı nəticə qazanaq.
Son vaxtlar qol epizodlarında çətinlik çəkirdik. “Bakı”nı belə böyük hesabla udmağımız yaxşı oldu.
Rauf çox önəmli oyunçudu. Son həftələrdə qol vurmaqda çətinlik çəkirdi. Ona görə də istədim ki, penaltini Rauf vursun.
Sona qədər ciddilikdən uzaqlaşmadıq. Ola bilər kənardan fərqli görünsün”.
