“Bakı” ilk dəqiqələrdən ciddi müqavimət göstərən komandadır”.
Korner.az-ın məlumatına görə bu söpzləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının XVI turu çərçivəsində keçirilən “Bakı”- “Xəzər Lənkəran” matçından sonra deyib.
“Belə komandalara qarşı oynamaq çətindir. Belə komandaları ciddiyə almaq lazımdır. Bu baxımdan futbolçularımın oyunundan narazıyam. Belə komandalarla oyunda elə düşən fürsətleri sağa-sola xərcləməməliyik. Xüsusilə stadionun rəqibə ve oyuna daha ciddi yanaşması lazım idi. Rahid çalışqan futbolçudur, hücumların qurulmasında çox faydalıdır. Bu gün onun yoxluğunu hiss etdik. Blajevski rəhbərliyə ailəvi problemi olduğunu deyərək komandadan ayrılıb. Qışda müqaviləsi bitir, oturub danışacağıq. Transfer dönəmində əsas fikrimiz mərkəz müdafiəçisi və hücumçu almaqdır.
