Türkiyədə maraqlı hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, qardaş ölkədə özəl firmaların birində mühasiblik edən Ramiz Şəngül yeni doğan oğlunun ikinci adını Aleks qoyub. Ramiz Şəngülün dostlarının sayəsində Şəngüllər ailəsi üçün hazırlanmış plakatın fotosu məhşur futbolçuya göndərilib. Bu xoş halı diqqət kənar qoymayan Aleks fotonu şəxsi “İnstagram” hesabından “Xoş gəldin yeni Aleks, Çox xoşbətəm” başlığı ilə paylaşıb.
