İngiltərə Premyer Liqa komandalarından "Mançester Siti"də oynayan italyan futbolçu Mario Balotellinin (21) anası Rouz Barvua xadimə işləyir.
Korner.az– ın məlumatına görə, EURO 2012-yə damğasını vuran "Super Mario" həftədə 120 min sterlinq qazanarkən, Mançesterə yaxın bir firmada xadiməçilik edən Barvua saatda 6 sterlinq qazanir. 2 yaşındaykən oğullarını övladlığa vermək məcburiyyətində qaldıqlarını söyləyən Barvua, yaşadıqlarını bu sözlərlə izah edir: "Qanadan İtaliyaya yerləşdik. Mario, tutulduğu bağırsaq xəstəliyi üzündən dəfələrlə əməliyyat keçirdi. Həyatı təhlükədəydi, amma ona baxacaq gücümüz yox idi. Sağlamlığına qovuşması üçün övladlığa verdik. Övladlığa götürən ailə onun bizimlə görüşməsinə razı olmur. Arada ziyarətimə gəlir. Bu da mənə bəs edir. Ondan pul istəmirəm".
