Oblaka İngiltərədən təklif var
30.04.2019 , 14:01

İngiltərənin “Mançester Yunayted” klubu yeni mövsüm üçün transfer hazırlıqlarına başlayıb.
“Daily Mirror” nəşrinin xəbərinə görə, “qırmızı şeytanlar” Madridin “Atletiko” klubunun qapıçısı Yan Oblakı heyətinə qatmaq niyyətindədir. Ada təmsilçisi bunun üçün qarşı tərəfə 103 milyon paund ödəməyə hazırdır.
Qeyd edək ki, David De Xeanın yayda PSJ klubuna keçidi gündəmdədir.
