Oblak La Liqadan gedir
21.01.2025 , 10:25

“Atletiko”nun qapıçısı Yan Oblak La Liqanı İngiltərə Premyer Liqasına dəyişə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
32 yaşlı qolkiper “Mançester Yunayted”ə keçməyə yaxındır.
“Qırmızı şeytanlar” Oblaka maaş artımı ilə 3 illik müqavilə təklif etməyi planlaşdırır.
Sloveniyalı qapıçının “Atletiko” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa kimidir.
