“Borussiya”nın futbolçusu Pyer-Emerik Obameyanq maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, qabonlu futbolçu onunla maraqlanan komanaların adlarını çəkib:
“Bəli, “Siti” nümayəndələri mənim atamla görüşüb. Amma konkret təklif olunmayıb. Amma PSJ mənimlə hər transfer pəncərəsində maraqlanır. Buna baxmayaraq, mən ora getməyəcəm. Çünki bu komanda konkret Çempionlar Liqasını qazanmaq üçün transfer edir. Mənim kimi bir neçə futbolçu da alacaqlar”
