Obameyanq “Çelsi”yə keçməyini səhv addım sayır
13.11.2025 , 21:45
“Marsel”in hücumçusu Pyerr-Emreik Obameyanq 2019-cu ildə “Barselona”dan “Çelsi”yə keçidi ilə bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, qabonlu futbolçu sabiq klubu “Arsenal”ın rəqibinə transfer olunma qərarını düzgün hesab etmir.
Obameyanq bildirib: “Çelsi’yə keçmək mənim üçün səhv idi. O vaxt ‘Barselona’da çətin bir dövr yaşayırdım. Evimizə quldurlar girmişdi və klub məcbur idi ki, bir futbolçunu satsın – ya məni, ya da Memfis Depayı. Yeganə mümkün seçim ‘Çelsi’ idi. Ailəm üçün köçdüm, hətta bu ‘Çelsi’ olsa belə. Öz-özümə dedim bəlkə hər şey yaxşı olar, çünki Olivye Jiru problemsiz ‘Arsenal’dan ‘Çelsi’ye keçmişdi. Amma mənim vəziyyətim tam fərqli oldu.”
Qeyd edək ki, Obameyanq 2022/2023 mövsümündə “Çelsi”nin heyətində 21 oyunda çıxış edib, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.