“Borussiya”nın hücumçusu Pyerr-Emerik Obameyanq mövsümün sonunda komandasını tərk etmək qərarına gəlib.
Korner.az-ın məlumatına görə, 26 yaşlı forvard yeni klubu ilə də anlaşıb.
Qabon yığmasının üzvü “Real”la ortaq məxrəcə gəlib. Tərəflər arasında görüş müsbət nəticələnib və Obameyanq Madrid klubuna keçməyə razılıq verib. İndi qalır onun klubu ilə anlaşmaq. Doğrudu, “Borussiya” futbolçusunu satmaq fikrindən uzaqdı. Bu üzdən də Obameyanqın transfer qiymətinin 100 milyon avro olduğunu bəyan edib. (AS)
