big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“O uşaqlar “Turan”ı Premyer Liqada saxlayıblar, bu da onlara “çox sağ ol”larıdı” – MÜSAHİBƏ

08.08.2012 , 06:21

"Turan"ın sabiq futbolçusu Ayxan Abbasovun Korner.az– a müsahibəsi. 

– "Turan"dan ayrılmağınıza səbəb nə oldu?

Ötən mövsüm ora getdim, amma çox peşman oldum. Müqaviləm bitdi və ayrıldım. Keçən il söz verdiklərini yerinə yetirmədilər. Rəhbərlik çox yalançıdı. Heç bu il orda qalıb əziyyət çəkməyə dəyməzdi.

– Nə kimi söz verib yerinə yetirmədilər?

Ora böyük pula getməmişdik, amma vaxt gəlib maaşa çatanda söz verdiklərinin yarısını verdilər.

– Bir ara söz çıxdı ki, "Turan" dağıldı…

Biz Musa Süleymanovun vaxtında gəlmişdik. Çempionata pis başlamamışdıq. Sonra maaşımızı vermədi. Deyirdi ki, mənə kömək söz veriblər, tək baxa bilmirəm komandaya, kömək etmirlər. 4 ay idi maaş almırdıq, komandada pulsuz oynayırdıq. Hətta, inanın, bir həftə bazada yemək olmadı, legionerlər pis vəziyyətdəydilər. Biz də o söhbətdən sonra "Turan"a qayıtmadıq. Birinci dövrənin bitməsinə 7 oyun qalmış komanda sonuncu pilləyə düşdü. Legionerlər çıxıb getdilər. Qışda Musa Süleymanov komandanı buraxdı, təzə rəhbərlik gəldi, yenidən yığışdıq. 5 xal "Sumqayıt"dan geridəydik, Allahın köməkliyi ilə keçdik. Halbuki komanda çempionata 10 gün qalmış yığışmışdı.

 – Bəs 4 ay pul almadığıniz halda niyə getmirdiz komandadan?

Bəli, dözdük, söz verdilər, haqqımızı verəcəklərini dedilər. Həm də oynamaq istəyirdik. Bu gün "Turan"a çox şeylər verən Nadir Nəbiyevi dəvət eləmirlər. Guya cavanlaşdırılır komanda, ancaq 38 yaşlı qapıçı alır. Nadir, Ruslan pulundan keçib, oynayıb, "Turan"ı Premyer Liqada saxlayıb, bu da onlara “çox sağ ol”larıdı. Orda yerli uşaqlarla rəhbərlik arasında problem var.

– O vaxt pulları verilməyən oyunçulardan indi komandada qalanları var, yoxsa hamısı ayrıldılar?

İndi azdı, demək olar ki, çoxu gedib. Baxıram, indi legionerlər alıblar.

– Dağılmaq üzrə olan komanda necə yenidən toparlandı? Hətta ilk turda qələbə qazandı.

Təki yaxşı olsun. "Turan"a mənim sevgim var. Orda hələ 2006-cı ildə oynayanda gözəl komandamız vardı. Azarkeşləri yaxşıdı, layiqdilər yaxşı komandaya.

– Bir neçə ay ərzində "Turan" vəziyyəti necə düzəldib, yenidən komanda qura bildilər? Yoxsa elə yerli uşaqlar pulsuz oynayacaqlar?

Məlumatım var ki, “Kəpəz"i udublar səfərdə. Hələ birinci turdu. Bəlkə də pul tapıblar, yaxınlarda bilinər. Maliyyə problemi olmasa, orda komanda olacaq, yoxsa yenə yalanlar… İstəməzdim o uşaqlar biz yaşadığımızı yaşasınlar.

– "Turan"dan ayrılandan sonra sizə heç bir klubdan təklif gəlməyib, yoxsa özünüz istirahət edirsiniz? Yaxud bəlkə karyeranızı bitirmək haqda düşünürsüz?

Hələ ki, bekaram. Bu ayın axırına qədər vaxt var, görək necə olur. Sonra oturub fikirləşəcəm, inşallah. Bizdə bütün idman növlərində bu günlə yaşayırlar. Bütün klublar legioner gətirirlər, amma nəticə var?! Yoxdu. Ən yaxşı nəticəni Avroliqada “Qarabağ” göstərib, o da yerli oyunçulardan ibarətdi. Baxırsan yerli məşqçilər, adlı-sanlı futbolçular iş tapa bilmirlər. İndi əla şərait var. Vallah, biz cavan olanda belə şərait yox idi.

– Premyer Liqa klublarından təklif gəlməsə, Birinci divizion klubuna gedərsinizmi?

Formanı qorumaq üçün gərək oynayasan. Boş qalmaqdansa, oynamaq yaxşıdı. Hələ güc var.

Röya

Son yazılar

To Top