Bu gün Premyer Liqanın VI turunda “Qarabağ” səfərdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:
“Mübarizəli bir oyun oldu. O qədər də baxımlı oyun nümayiş etdirmədik. Meydançanın vəziyyəti oyunumuza mane olurdu, futbolçular çox yoruldu. Ancaq futbolçuların oyunundan razı qaldım. Gəncə səfəri həmişə çətin olub, bu gün də istisna olmadı. Belə səfərdə bir xalı yaxşı nəticə saymaq olar. Gəncə azarkeşlərinə görə sevinirəm ki, komandalarına belə rəğbət bəsləyirlər. “Kəpəz”ə gələn oyunlarda uğurlar arzulayıram”.
