Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti “Real”ın (Madrid) futbolçusu Hames Rodrigezi komandada görmək istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda “Marca” xəbər yayıb.
Xatırladaq ki, Karlo Ançelotti “Real”ın baş məşqçisi olarkən kolumbiyalı oyunçunu Madrid təmsilçisinə gətirmişdi.
Qeyd edək ki, heyətə düşməkdə çətinlik çəkən oyunçu bu mövsüm “Real” forması ilə 23 oyuna 5 qol vurub.
