İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti” Pablo Zabaleta ilə yolları ayırır.
Korner.az-ın məlumatına görə, klub rəsmi “Tvitter” hesabından müdafiəçi ilə yeni müqavilənin imzalanmayacağını açıqlayıb.
Xatırladaq ki, futbolçunun “şəhərlilər”lə sazişi mövsümün sonunda bitir.
Argentinalı oyunçu 2008-ci ildən Mançester təmsilçisinin formasını geyinir.
