O da ərəb klubuna keçdi
30.06.2023 , 11:07

“Liverpul”dan ayrılan Roberto Firminonun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Futbolçunun “Əl-Əhli” ilə razılaşdığı və yaxın günlərdə 3 illik müqavilə imzalayacağı gözlənilir.
Firmino 2015-2023-cü illərdə “Liverpul”da forma geyinib.
