O, “Borussiya”nı tərk edir
14.06.2024 , 10:32

Almaniyalı futbolçu Mats Hummels “Borussiya”dan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, təcrübəli müdafiəçi baş məşqçi Edin Terziçlə yola getmir.
Bu səbəbdən də, almaniyalı oyunçu özünə başqa klub axtarmaq niyyətindədi.
Qeyd edək ki, Hummelsin Dortmund klubu ilə olan müqaviləsi bu yay başa çatır və o, azad agent olacaq.
