Nzonzi “Roma”da
15.08.2018 , 16:18

Stiven Nzonzi karyerasını “Roma”da davam etdirəcək
Klubun rəsmi saytının yaydığı məlumata görə, “Sevilya”nın yarımmüdafiəçisi növbəti mövsümdən başlayaraq 4 il müddətində “Roma”nın şərəfini qoruyacaq. Fransız futbolçu kluba 26,65 milyon avroya başa gəlib. Daha 4 milyon isə bonus şəklində ödəniləcək.
Qeyd edək ki, DÇ-2018-in qalibi yeni klubunda 42 nömrəli forma ilə çıxış edəcək.
