Futbol

Nzonzi İngilis nəhənglərinin maraq dairəsində

12.03.2017 , 12:48

İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi” və “Mançester Siti” klubları “Sevilya”nın futbolçusu Steven Nzonzini transfer etmək niyyətindədir.

 

Korner.az-ın məlumatına görə, bu haqda “Sunday People” xəbər yayıb.

İddia edilir ki, “Çelsi” bu transfer yarışında üstün tərəfdi. 

Karyerası ərzində İngiltərənin “Stok Siti” klubunda da forma geyinən Nzonzinin sərbəst qalma məbləğinin 28 milyon avro olduğu bildirilir.

Qeyd edilir ki, “Sevilya” ilə yeni müqavilə imzalamaq istəməyən oyunçu ilə İtaliyanın “Yuventus” klubu da maraqlanır.

Son yazılar

Yuxarı