İspaniya La Liqasında mübarizə aparan “Sevilya”nın futbolçusu Steven Nzonzi mövsümün sonunda İtaliya klubuna transfer oluna bilər.
Korner.az-ın məlumatına görə, bu haqda İspaniya mediası xəbər yayıb.
İtaliya A Seriasında mübarizə aparan “Yuventus” yarımmüdafiəçi üçün 30 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Xatırladaq ki, 28 yaşlı oyunçu bu mövsüm “Sevilya” forması ilə 35 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
