Çinin ikinci liqasında çıxış edən “Pekin Enterprises”in 30 yaşlı yarımmüdafiəçisi Şeyk İsmael Tiote məşqdə ürək tutmasından ölüb.
Korner.az-ın xəbərinə görə, bunu İngiltərə mətbuatına açıqlamasında futbolçunun meneceri Emanuele Palladino deyib.
O bildirib ki, Tiote məşqi zamanı qəflətən yerə yıxılıb və dünyasını dəyişib.
Qeyd edək ki, Fil Dişi Sahili yığmasının üzvü olan Tiote daha əvvəl “Anderlext”, “Tvente” və “Nyukasl” klublarda çıxış edib.
