İngiltərə Premyer Liqasında mübarizə aparan “Nyukasl Yunayted”in futbolçusu Çek Tiote Çinin “Beijing Enterprises” klubuna transfer olunub.
Korner.az-ın məlumatına görə, 30 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, afrikalı futbolçu bu mövsüm zədə səbəbində yalnızca 3 rəsmi oyunda iştirak edə bilib.
