“Nyukasl”ın Ferran Torres planı
01.12.2025 , 17:55
“Barselona”nın hücumçusu Ferran Torres ingiltərəli “Nyukasl”ın diqqət mərkəzindədir.
Korner.az xəbər verir ki, İngiltərə klubu 25 yaşlı ispaniyalı oyunçu üçün 75 milyon avro ödəməyə hazırdır.
F. Torres 2022-ci ilin yanvarından Kataloniya klubunda çıxış edir və bu müddətdə 175 matçda 53 qol vurub.
Onun “Barselona” ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.