“Nyukasl”ın baş məşqçisi geri döndü
25.04.2025 , 14:00

“Nyukasl”ın baş məşqçisi Eddi Xau işinə qayıdıb.
Korner.az xəbər verir ki, bir müddətdir sətəlcəm olan mütəxəssis vəzifəsinin başına keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun yoxluğunda 3 oyun komandaya Ceyson Tindoll və Qrehem Cons rəhbərlik edirdi.
