“Nyukasl” afrikalı futbolçularını “Ebola” virusu səbəbilə tibbi yoxlamadan keçirəcək.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar”ın 4 oyunçusunun – Şeyt Tiote (Kot d`İvuar), Mehdi Abeid (Əlcəzair), Papiss Sisse (Seneqal) və Semmi Ameobinin (Nigeriya) virusa yoluxub-yoluxmadığı yoxlanılacaq.
Qeyd edək ki, adıçəkilən futbolçular bugünlərdə Afrika kubokunun seçmə mərhələsində iştirak etmək üçün öz ölkələrinin yığma komandalarının heyətində olublar.
