“Nyukasl”dan yeni transfer – Rəsmi
13.06.2024 , 23:24
“Nyukasl Yunayted” yeni mövsümün ilk transferini açıqlayıb.
Korner.az xəbər verir ki, klub “Bornmut”la müqaviləsi başa çatan Lloyd Kellini heyətinə qatıb.
Bu barədə Premyer Liqa klubunun yaydığı məlumatda bildirilib.
Açıqlamada, 25 yaşlı ingilis müdafiəçinin 25 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
Ötən mövsüm “Bornmut”un heyətində 25 rəsmi oyuna çıxan Lloyd Kelli bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.